Gürcüstan Parlamenti Cənubi Osetiya administrasiyasını ləğv etdi

Dünya

17.12.2025 16:56

Gürcüstan Parlamenti keçmiş Prezident Mixail Saakaşvilinin dövründə yaradılmış Cənubi Osetiya administrasiyasının ləğvi ilə bağlı qanun qəbul edib.

Todaypress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qanun səsvermə yolu ilə təsdiqlənib və proses parlamentin rəsmi saytında canlı yayımlanıb.

Parlament eyni zamanda Avropa İttifaqının tövsiyələri əsasında yaradılmış Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvi barədə qanunu da üçüncü və son oxunuşda qəbul edib.

Bundan əvvəl parlamentin sədri Şalva Papuaşvili Avropa Komissiyasını Gürcüstana siyasi təzyiq göstərməkdə ittiham etmiş, buna baxmayaraq ölkənin Aİ-yə üzvlük yolunu davam etdirəcəyini bildirmişdi.

Jalə Rövşən 

Todaypress TV

tag: Gürcüstan ,Cənubi Osetiya ,Mixail Saakaşvili,Avropa İttifaqı ,Todaypress.tv,