Gümrüdə “Musiqi körpüsü”: Makron və Paşinyan eyni səhnədə - VİDEO

Dünya

05.05.2026 20:36

Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərinin Vardanants meydanında Ermənistan və Fransa münasibətlərinə həsr olunmuş "Musiqi körpüsü" adlı bayram konserti baş tutub.

TodayPress TV xəbər verir ki, tədbirdə Ermənistanda dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və respublikanın digər yüksək rütbəli rəsmiləri iştirak ediblər.

Konsert Ermənistan Dövlət Simfonik Orkestrinin və Ermənistanın Hovannes Çekiciyan adına Milli Akademik Xorunun ifasında Fransanın dövlət himni ilə başlayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Fransa,Ermənistan,Gümrü,Makron,TodayPress TV,