Fransa Fələstini tanıyacaq

Fransa Fələstini tanıyacaq
25.05.2025 23:30 Dünya

Fransa hökuməti iyun ayında Fələstini müstəqil dövlət kimi rəsmi şəkildə tanımağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilir ki, gələn ay Fransa və Səudiyyə Ərəbistanının birgə təşkil edəcəyi konfransda "iki dövlətli həll" məsələsi müzakirə olunacaq və rəsmi Paris həmin tədbirdə Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.

Həmçinin qeyd edilir ki, İsrail Qəzza zolağında apardığı hərbi əməliyyatlar və humanitar yardımın çatdırılmasına maneə yaratdığı üçün beynəlxalq səviyyədə müttəfiqlərini itirməkdə davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər