Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi

Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi
18.08.2026 15:28 Dünya

Finlandiyanın İmatra şəhərində, Rusiya sərhədindən təxminən 10 kilometr məsafədə yerləşən "Stora Enso" zavodunda partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Məlumata görə, hadisə zavodun açıq ərazidə yerləşən anbar kompleksində qeydə alınıb. Partlayışdan sonra yanğın başlayıb və yanacaq çənlərindən biri alovlanıb.

Yanğın təxminən iki saat ərzində söndürülüb. Digər çənlərə ziyan dəyməyib. Hadisənin söndürülməsinə 15 xilasetmə bölməsi cəlb olunub. Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, "Stora Enso"nun İmatradakı müəssisələri sellüloz və karton məhsulları istehsal edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər