Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi

Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi
18.08.2026 15:23 İdman

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş klub rəhbərliyinin ona təqdim etdiyi yeni müqavilə təklifini qəbul etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Bildirilir ki, “qırmızı şeytanlar”ın yeni müqavilə təklifində portuqaliyalı yarımmüdafiəçinin illik maaşının cəmi 500 min avro artırılması nəzərdə tutulub. Bu məbləğ Fernandeşi razı salmayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Qalatasaray” klubunun Bruno Fernandeşlə maraqlandığı və futbolçuya illik 21 milyon avro maaş təklif etməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər