“Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı

“Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı
18.08.2026 14:06 İdman

İspaniya millisinin və “Barselona” klubunun müdafiəçisi Pau Kubarsi “Golden Boy-2026” mükafatına namizədlərin yenilənmiş reytinqində lider mövqeyinə yüksəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə mükafatın “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Reytinqin ilk 10-luğu belədir:

1. Pau Kubarsi (“Barselona”); 

2. Lamin Yamal (“Barselona”); 

3. Yan Diomande (“Real”); 

4. Uorren Zair-Emeri (PSJ); 

5. Ayub Buaddi (“Lill”); 

6. Viktor Froholdt (“Portu”); 

7. Rayan (“Bornmut”); 

8. Endrik (“Real”); 

9. Eli Krupi (“Bornmut”); 

10. Estevao Vilyan (“Çelsi”). 

Qeyd edək ki, “Golden Boy” mükafatı Avropanın yüksək liqalarında çıxış edən 21 yaşadək futbolçular arasında ilin ən yaxşı oyunçusuna təqdim olunur.

Mükafatı futbolçu karyerası ərzində yalnız bir dəfə qazana bilər. Bu səbəbdən “Barselona”nın digər gənc ulduzu Lamin Yamal yenidən “Golden Boy” seçilə bilməyəcək. O, 2024-cü ildə bu mükafata layiq görülüb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər