Finlandiya NATO-nu müdafiə xərclərini artırmağa çağırdı
Finlandiyanın müdafiə naziri Antti Hakkyanen NATO ölkələrini müdafiə sahəsində xərcləri artırmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Euronews” telekanalına verdiyi müsahibədə danışıb.
“NATO-nun razılaşması ondan ibarət idi ki, müdafiə xərclərinin 10 il ərzində ümumi daxili məhsulun (ÜDM) 3,5%-i səviyyəsinə çatdırılması lazımdır. Bu işə dərhal başlanılmalıdır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, ABŞ diqqətini getdikcə daha çox Hind-Sakit okean regionuna və daxili təhlükəsizliyə yönəldir. Avropalılar öz ədalətli paylarını ödəməli və ABŞ-nin yaratdığı boşluqları doldurmaq üçün silah-sursat almalıdırlar.
Aysel Mətləb