Filippo: "Milli təhlükəsizlik risk altındadır"
Dünya
01.02.2026 20:05
Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo Emmanuel Makronun Ceffri Epşteynlə mümkün əlaqələrinin niyə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmadığını gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, Florian Filippo "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Emmanuel Makron əvvəl nazir olduğu dövrdə, daha sonra isə Prezident kimi birbaşa və ya vasitəçilər üzərindən Ceffri Epşteynlə işgüzar əlaqələr qurub.
Onun sözlərinə görə, bu faktlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə əksini tapıb. Filippo paylaşımında “Milli təhlükəsizlik risk altındadır: heç bir araşdırma aparılmır?!” sualını səsləndirib.
Məlumata görə, Emmanuel Makron Epşteynlə onun BƏƏ-li tərəfdaşı, iş adamı Sultan bin Sulayem vasitəsilə gizli yazışmalar aparıb.
Qiymət Mahir
tag: Fransa,Makron,Filippo ,Epşteyn,Todaypress.tv,
