Filippində güclü yanğın: 1000 ev KÜLƏ DÖNDÜ

Filippində güclü yanğın: 1000 ev KÜLƏ DÖNDÜ
04.02.2026 13:53 Dünya

Filippinin Bonqao şəhərində baş verən güclü yanğın nəticəsində 1000 ev məhv olub.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yanğın yaşayış məntəqələrindən birində 3 fevral axşam saatlarında başlayıb. Alov təxminən dörd saat sonra söndürülüb.

Hadisə zamanı çoxsaylı evlərə ziyan dəyib, bəzi körpülər uçub. Tələfat barədə məlumat yoxdur.

Hazırda zərərçəkənlərə səyyar çadırlar, su və qida da daxil olmaqla humanitar yardım göstərilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər