Filippində fövqəladə vəziyyət rejimi elan edildi
Filippində fövqəladə vəziyyət tətbiq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Filippin Prezidenti Ferdinand Markosun imzaladığı fərmanda bildirilib.
Fərmanda qeyd olunur ki, Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən baş verib.
Prezident bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi Filippin hakimiyyətinə ölkə iqtisadiyyatı üçün mümkün fəsadları yumşaltmaqla yanaşı, sabit enerji təchizatını təmin etmək üçün əlaqələndirilmiş addımlar atmağa imkan verəcək.
Aynur TAC