Estoniya Rusiya hərbi təyyarəsinin hava məkanını pozduğunu elan etdi
Dünya
19.03.2026 23:00
Rusiya hərbi təyyarəsinin təxminən bir dəqiqə Estoniya hava məkanına daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiyaya məxsus “SU-30” tipli hərbi təyyarə Estoniya hava məkanına daxil olub. Rusiya hərbi təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanında təxminən bir dəqiqə qalıb.
Bəyanatda Estoniya xarici işlər naziri Marqus Tsahkna İtaliya Hərbi Hava Qüvvələrinin bir bölməsinin hava məkanının pozulmasına reaksiya verdiyini və Estoniyanın təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirib.
Hadisədən sonra Tallindəki Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və hava məkanının pozulması ilə bağlı diplomatik nota verilib.
Aysel Mətləb
tag: Rusiya ,Estoniya ,Təyyarə,TodayPress TV,
