Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj

Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj
24.06.2026 01:11 Dünya

Ermənistan iyunun 24-25-də Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Forumunda iştirak edəcək.

TodayPress TV "Bloomberq"ə istinadən xəbər verir ki, İrəvanı tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edəcək. Təxminən 100 ölkənin qatılacağı forum Ermənistanın son dövrlərdə Moskva ilə məsafə saxlaması fonunda diqqət çəkən addım kimi qiymətləndirilir.

Avropa İttifaqı isə Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Ermənistana dəstəyini artırır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ixrac qadağalarını “iqtisadi məcburetmə” adlandıraraq Ermənistana 50 milyon avrodan çox yardım ayrılacağını və Aİ–Ermənistan birgə işçi qrupunun yaradılacağını bildirib.

Məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti mayın 30-dan etibarən Ermənistan məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Sonradan bu tədbirlər ərzaq məhsulları, gül, spirtli içkilər, toxum və gübrələrin böyük hissəsini də əhatə edib.

İrəvanda bu addımların siyasi motivli olduğu bildirilir. Ticarətdə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatı isə yaranmış vəziyyətdə əlavə təzyiqlərlə üzləşir.

Qeyd edək ki, iyunun 7-də keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın partiyası 49,81 faiz səs toplayaraq üçüncü dəfə hakimiyyətdə qalmaq imkanı əldə edib. Kreml isə son aylarda Ermənistanla bağlı açıqlamalarında Ukrayna ilə paralellər aparır.

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər