Ərəblər "Göz yaşlarına inanmır" - HÖRMÜZ MƏSƏLƏSİ...

Dünya

01.05.2026 14:48

BƏƏ prezidentinin baş müşaviri Ənvər Qarqaş bildirib ki, İranın Hörmüz boğazı ilə bağlı hər hansı birtərəfli razılaşmasına etibar etmək mümkün deyil.

TodayPress TV xəbər verir ki, o qeyd edib ki, Tehranın qonşu ölkələrə qarşı həyata keçirdiyi və “xəyanətkar aqressiya” kimi dəyərləndirilən addımlar bu mövzuda etimadı ciddi şəkildə sarsıdıb.

Qarqaş vurğulayıb ki, Hörmüz boğazı ətrafında aparılan müzakirələr İranın nəzarəti və ya təminatları əsasında deyil, beynəlxalq hüquq və kollektiv beynəlxalq iradə çərçivəsində həyata keçirilməlidir.

BƏƏ rəsmisinin sözləri region ölkələrinin İranın bu strateji əhəmiyyətli su yolunda yeni qaydalar tətbiq etmək cəhdlərinə qarşı çıxdığı bir vaxta təsadüf edir. Qeyd olunur ki, müharibə dövründə boğazda gəmiçilik fəaliyyəti dəfələrlə pozulub.

TodayPress TV

tag: BƏƏ,İran,Hörmüz,Ənvər Qarqaş,Todaypress.tv,