"Ərəb ölkələri Fələstinə görə deyil, İran təhdidinə görə bizimlə yaxınlaşır" - Netanyahu
Netanyahu: Ərəb ölkələri Fələstin məsələsinə görə deyil, İran təhdidinə görə İsraillə yaxınlaşır
"Ərəb ölkələri Fələstin məsələsinə görə deyil, məhz İran tərəfindən gələn təhdidlərə görə İsraillə yaxınlaşır".
TodayPress TV xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
İsrail hökumət başçısının sözlərinə görə, region dövlətləri İsraili güclü hərbi müttəfiq kimi görür və "İranın müdaxiləsindən" ehtiyat edirlər.
Netanyahu, həmçinin Fələstin dövlətinin yaradılması ilə bağlı hər hansı güzəştə getməyi rədd edərək, bunu zəiflik əlaməti adlandırıb.
Aysel Mətləb