Ərdoğan Rutte ilə görüşdə Ankara Sammitinin əsas hədəflərini AÇIQLADI - VİDEO

Ərdoğan Rutte ilə görüşdə Ankara Sammitinin əsas hədəflərini AÇIQLADI - VİDEO
06.07.2026 21:27 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Sammitində iştirak etmək üçün Ankarada səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" platformasında məlumat paylaşılıb.

"Görüşdə Ankarada keçiriləcək NATO Liderlər Sammitinin gündəliyi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub", - deyə məlumatda qeyd edilib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Türkiyədə təşkil olunacaq NATO Liderlər Sammitinin uğurla keçəcəyinə ümid etdiyini bildirib və ölkənin sammitə hazırlıq işlərini tamamladığını vurğulayıb.

Prezident qeyd edib ki, Ankara Sammitində kollektiv müdafiədən tutmuş müttəfiqlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə qədər bir çox məsələnin müzakirəsi mühüm əhəmiyyət daşıyır.

Ərdoğan, həmçinin sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumunun da diqqətlə izlənəcəyini bildirib.


XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər