Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın münaqişəyə son qoymaq istədiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, Ukraynada sülhə nail olmaq insanların düşündüyündən daha yaxındır.
“Rusiya da, Ukrayna da münaqişəni başa çatdırmaq istəyir. Mən hesab edirəm ki, Ukraynada sülh insanların təsəvvür etdiyindən daha yaxındır”, - deyə ABŞ prezidenti bildirib.
Kübra Musayeva