“Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı
Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı və müxalif siyasətçi Qaqik Tsarukyan İstintaq Komitəsinə aparılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bundan əvvəl partiyanın mətbuat katibi İveta Tonoyan Tsarukyanın evində axtarış aparıldığını bildirmişdi.
Axtarışlardan sonra Qaqik Tsarukyan İstintaq Komitəsinə aparılıb. Onun prosessual statusu və barəsində hər hansı ittiham irəli sürülüb-sürülmədiyi barədə hələlik rəsmi məlumat yoxdur.
Kübra Musayeva