NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF

NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF
06.07.2026 18:39 Dünya

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, Türkiyə NATO daxilində ən böyük ordulardan birinə sahibdir.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, son 5–10 il ərzində Türkiyə müdafiə sənayesini sürətlə inkişaf etdirib və hazırda ölkədə bu sahədə fəaliyyət göstərən təxminən 3 min şirkət var.

Rütte həmçinin Ankaranın və ümumilikdə Türkiyənin geostrateji əhəmiyyətini vurğulayaraq deyib:

“Ankara, İstanbul, bütövlükdə Türkiyə həqiqətən çox önəmlidir. Sizin coğrafi mövqeyiniz böyük əhəmiyyət daşıyır. NATO-dakı liderliyiniz də çox vacibdir. Bu sammitin Ankarada keçirilməsi də bunun bariz göstəricisidir”.

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər