Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar...

Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar...
06.07.2026 17:15 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətləri inkişaf etdirməkdə və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını davam etdirməkdə maraqlı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyanın sözlərini "RİA" yayıb.

Baş nazir qeyd edib ki, son vaxtlar iki ölkə arasında müəyyən problemlər yaranıb və ümid edir ki, bu məsələlər müzakirə edilərək həllini tapacaq.

"Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək əzmindəyik", – deyə Paşinyan bildirib.

Qeyd edək ki, son dövrlərdə Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək istəyi fonunda İrəvan və Moskva arasında münasibətlərdə gərginlik yaranıb. Kreml daha əvvəl bəyan edib ki, Ermənistanın eyni vaxtda həm Aİİ-nin, həm də Avropa İttifaqının üzvü olması mümkün deyil.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin vaxtı çatdıqda Avropa İttifaqı ilə Aİİ arasında seçim edəcəyini bildirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər