Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu?

Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu?
06.07.2026 16:40 Dünya

"Dünyada fasiləsiz hərbi əməliyyatlar aparan yeganə ölkə ABŞ-dir".

TodayPress TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və yüksək rütbəli zabitlərlə keçirilən mərasimdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ən güclü və ən effektiv ordu döyüş təcrübəsi olan ordudur. Lakin Belarus üçün ordunun inkişaf etdirilməsinin bu yolu məqbul deyil.

"Lakin dünyada daim müharibə aparan bir ölkə var – bu, ABŞ-dir. Bizə bu lazım deyil, bizim yolumuz deyil", – deyə Belarus prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, Belarus ordusunun inkişafı üçün mövcud təcrübədən istifadə edəcək.

Qeyd edək ki, Belarus lideri bundan əvvəl ölkə vətəndaşlarının müharibə istəmədiyini bildirib və yaxın aylarda ABŞ Prezidenti ilə görüş ehtimalını da istisna etməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər