Əraqçi: "Müharibəyə səbəb olsa belə, uranı zənginləşdirəcəyik"
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə müharibəyə səbəb olsa belə, uranı zənginləşdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Əraqçi rəsmi "Telegram" kanalında açıqlama verib.
Nazir vurğulayıb ki, İran diplomatiya və danışıqlara üstünlük verir. O əlavə edib ki, ABŞ diplomatiyanı seçsələr, İran da eyni yolla gedəcək.
Qeyd edək ki, 6 fevral ABŞ-İran danışıqları başa çatıb.
Türkan İsgəndərli