Ekvadorda silahlı hücum: 7 ölü
Ekvadorun Santo Dominqo de los Caçilas şəhərində maskalı silahlı şəxslər bilyard zalına hücum ediblər.
TodayPress TV xəbər verir ki, yerli medianın məlumatına görə, onlar uzun lüləli silahlardan atəş açıblar.
Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücum nəticəsində 7 nəfər həyatını itirib.
Hazırda şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat aparılır.
Türkan İsgəndərli