Dünyada 7 milyona yaxın ukraynalı qaçqın var
2025-ci ilin əvvəlindən bəri Ukraynanı tərk edənlərin sayı 100 min nəfər artıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin yaydığı monitorinq hesabatına əsasən "Korrespondent.net" məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin 17 aprel 2025-ci il tarixli məlumatına görə, dünya üzrə 6,918 milyon ukraynalı qaçqın qeydə alınıb. Bunlardan 6,358 milyonu Avropada, 560 min nəfəri isə digər bölgələrdə yerləşib.
Müqayisə üçün qeyd olunur ki, 16 dekabr 2024-cü il tarixinə olan göstərici ilə müqayisədə Avropada qaçqınların sayı 104 min nəfər artıb.
Qiymət Mahir