Dünya Qalibafdan danışır, o isə Bakıdadır
İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycanda işgüzar səfərdədir.
TodayPress TV xəbər verir ki, Qalibaf Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament ittifaqının 20-ci sessiyasında iştirak edəcək.
Qalibaf ABŞ-İran-İsrail savaşında daha da ön plana çıxdı, məhşurlaşdı. Bu məsələlər fonunda Qalibaf hazırda ABŞ müdafiə naziri Pit Heqsetlə müqayisə olunur.
Müqayisələrdə Qalibafın İran-İraq müharibəsinin veteranı, hərbi pilot, SEPAH Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, Tehranın sabiq meri və siyasi coğrafiya üzrə fəlsəfə doktoru, Pit Heqsetin isə keçmiş Milli Qvardiya hərbçisi və televiziya aparıcısı olduğu xatırladılır.
Bu kontekstdə iki siyasətçinin hərbi və idarəçilik təcrübəsi arasında ciddi fərqin olduğu vurğulanır, Qalibafın danışıqlar masasında daha təcrübəli fiqur olduğu iddia edilir.
Qiymət Mahir