“Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi
Çinin şərqində “Delfin” tayfununun yaratdığı güclü yağış və daşqınlar səbəbindən yüz minlərlə insan təxliyə edilib.
TodayPress TV xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, tayfun sahilə çatdıqdan sonra zəifləsə də, bölgədə təhlükə davam edir.
Fujian əyalətində riskli quru və dəniz ərazilərindən təxminən 167 900 nəfər təxliyə olunub. Şanxayda isə təhlükəli hesab edilən ərazilərdən təxminən 215 600 nəfər köçürülüb.
Proqnozlara əsasən, Fujian əyalətinin Ninde və Nanpin şəhərləri də daxil olmaqla bəzi ərazilərində güclü yağışların davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntıların düşəcəyi ehtimal olunur.
Türkan İsgəndərli