ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi

ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi
10.08.2026 14:30 Dünya

ABŞ Müdafiə Nazirliyi hərbi-sənaye şirkətlərindən silah istehsalı və tədarükünün sürətini əhəmiyyətli dərəcədə artırmağı tələb edib. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell  nazirliyin ölkənin üzləşdiyi təhdidlərə uyğun sürətlə silah istehsalını təmin etmək üçün mövcud satınalma sistemində islahat apardığını bildirib. 

Onun sözlərinə görə, Müdafiə Nazirliyi köhnəlmiş, mürəkkəb və səmərəsiz satınalma mexanizmini yeniləməyə, eyni zamanda hərbi-sənaye kompleksinin istehsal imkanlarını artırmağa çalışır.

Daha əvvəl “The Washington Post” Pentaqonun daxili sənədinə istinadən yazmışdı ki, müdafiə nazirinin müavini Stiven Feynberq silah istehsalçılarına tədarük tempinin artırılması ilə bağlı plan təqdim etmək üçün üç həftə vaxt verib. Sənəddə mövcud silahların hazırlanması və istehsalı üzrə müddətlər qəbuledilməz hesab edilib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər