Daha 2 yardım gəmisi Kubaya çatdı
Təxminən 2 həftə yol gələn və itkin düşdüyü bildirilən 2 humanitar yardım gəmisi Kuba sahillərinə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.
Meksikadan yola çıxan gəminin göyərtəsində ABŞ, Fransa və Almaniya vətəndaşları olub. Gəmi ilə tibbi və qida vasitələri gətirilib.
Yardım gətirən heyət Havanada alqışlarla qarşılanıb.