Dağıstanda sudan zəhərlənənlərin sayı artır

Dağıstanda sudan zəhərlənənlərin sayı artır
11.07.2025 16:52 Dünya

Dağıstanda baş verən kütləvi zəhərlənmə hadisəsində zərərçəkənlərin sayı 372 nəfərə çatıb, onların 357-si uşaqlardır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Dağıstan Səhiyyə Nazirliyi rəsmi "Telegram" kanalında yayıb.

Qeyd olunur ki, son dörd gün ərzində bağırsaq infeksiyası simptomları ilə yüzlərlə insan tibbi yardıma müraciət edib.

Hazırda 91-i uşaq olmaqla 97 nəfər xəstəxanada qastroenterit diaqnozu ilə müalicə alır. Eyni zamanda 23 uşaq artıq sağalaraq ambulator nəzarətə buraxılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər