Dağıstanda sudan kütləvi zəhərlənməyə görə vəzifəli şəxs həbs olundu
Dağıstanda bələdiyyə müəssisəsinin direktoru yerli sakinlərin şirin sudan kütləvi zəhərlənməsindən sonra həbs edilib.
TodayPress TV xəbər verir ki, bu barədə respublika üzrə İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, həbs edilən şəxs 2025-ci il sentyabrın 9-dək həbsdə olacaq.
Hazırda sudan zəhərlənənlərin sayı 372 nəfərə çatıb.