Çin: Filippin-Kanada sazişi sabitliyə zərər verməməlidir

Çin: Filippin-Kanada sazişi sabitliyə zərər verməməlidir
03.11.2025 16:47 Dünya

Filippin və Kanada arasında imzalanmış Xarici Qüvvələrin Statusu Sazişi (SOVFA) regionda sülh və sabitliyə xələl gətirməməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Çin XİN bəyanat yayıb.

Açıqlamada vurğulanıb ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq heç bir üçüncü tərəfin maraqlarına qarşı yönəlməməli, güc nümayişinə və ya qarşıdurmaya səbəb olmamalıdır.

Qeyd edək ki, noyabrın 2-də Filippin və Kanada SOVFA sazişini imzalayıb. Filippin Müdafiə Departamentinin məlumatına görə, bu razılaşma iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək, silahlı qüvvələr arasında qarşılıqlı əlaqəni gücləndirəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər