CHP-də iki bələdiyyə sədri intizam komitəsinə göndərildi

CHP-də iki bələdiyyə sədri intizam komitəsinə göndərildi
12.06.2026 22:50 Dünya

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Mersinin Mezitli rayonunun bələdiyyə sədri Sərxan Tuncər və Bolu bələdiyyə sədri Tanju Özcan partiyadan çıxarılmaları tələbi ilə İntizam Komissiyasına göndərilib.

TodayPress TV  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə CHP-nin sözçüsü Müslüm Sarı partiyanın Mərkəzi İdarə Heyətinin (MYK) iclasından sonra məlumat verib.

Onun sözlərinə görə, iclasda ölkədəki siyasi vəziyyət və partiyada son dövrlərdə baş verən hadisələr müzakirə olunub. 

CHP-nin sözçüsü bildirib ki, Sərxan Tuncər və Tanju Özcanın partiyadan çıxarılması ilə bağlı yekun qərarı İntizam Komissiyası verəcək.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər