Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirildi

Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirildi
03.11.2025 21:15 Dünya

Çexiyanın sabiq prezidenti Miloş Zeman paytaxt Praqada xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə onun köməkçisi Lyuboş Prohazka özünün "X" səhifəsində yazıb.

"Sürücüsü Zemanı mühafizəçilərin müşayiəti ilə xəstəxanaya aparıb. Onun hərtərəfli müayinədən keçməsi gözlənilir", - deyə Prohazka bildirib.

Qeyd edək ki, 81 yaşlı sabiq dövlət başçısı bu yaxınlarda kürəyindəki şişi çıxarmaq üçün təcili əməliyyat keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər