Brüsseldə Avrointeqrasiya üzrə sammit keçiriləcək
Dünya
03.11.2025 20:10
Noyabrın 4-də Brüsseldə genişlənmə üzrə sammit keçiriləcək və burada üzv dövlətlərin və üzvlüyə namizədlərin liderləri Avropaya inteqrasiyanı müzakirə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Qeyd olunur ki, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın isə iştirakı gözlənilir.
Həmçinin Moldova və Serbiya liderləri Maya Sandu ilə Aleksandr Vuçiç tədbirə qatılacaq.
Bununla yanaşı, Albaniyadan Edi Rama, Monteneqrodan Milojko Spayiç və Şimali Makedoniyadan Kristian Mikoski, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun iştirakı da müzakirə olunur.
Lakin Avropa liderlərinin iştirakının gözlənilən formatı hələlik məlum deyil.
tag: Brüssel, Avropa İttifaqı, Zelenski, Ukrayna, todaypress.tv,
