BMT əməkdaşlarının 20%-ni ixtisar etməyi planlaşdırır

BMT əməkdaşlarının 20%-ni ixtisar etməyi planlaşdırır
04.08.2025 22:25 Dünya

BMT ABŞ-nin maliyyə yardımını dayandırmasından sonra ciddi ixtisarlara hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, BMT-nin Baş katibi Antoniu Quterreş təşkilatın büdcəsinin təxminən 700 milyon dollar azaldılmasını və əməkdaş sayının 20% ixtisarını planlaşdırır.

Bu addım ABŞ-də prezident Donald Tramp administrasiyasının mövqeyini dəyişərək BMT-yə maliyyə ayırmalarını dayandırması ilə əlaqələndirilir.

İxtisarlar yalnız BMT-nin mərkəzi strukturunu deyil, həmçinin təşkilatın humanitar və sülhməramlı missiyalar daxil olmaqla sahə proqramlarını da əhatə edəcək.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər