Bəqai : "ABŞ-nin xalqa yardım bəyanatları yalandır"
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran xalqına yardım etmək istədiyi barədə açıqlamalarını yalan adlandırıb.
TodayPress TV xəbər verir ki, Bəqai bu fikirləri "CNN" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-nin regiona yeganə yardımı ölüm və dağıntılardan ibarətdir. O, həmçinin Vaşinqtonun İranın enerji infrastrukturuna zərbə endirməklə bağlı təhdidlərini cinayətkar adlandırıb.