Bayram faciəyə çevrildi: Fil 40 yaşlı kişini öldürdü

Bayram faciəyə çevrildi: Fil 40 yaşlı kişini öldürdü
03.05.2026 12:35 Dünya

Hindistanda Kidangoor Mahavishnu məbədi bayramında “Mayyanad Parthasarathy” adlı fil azğınlaşıb.

TodayPress TV xəbər verir ki, hadisə Angamali yaxınlığında baş verib.

Belə ki, fil zəncirləri qırıb, ətrafdakı avtomobilləri çevirib və dağıdıb. Hadisə zamanı filin daşıyıcısı, 40 yaşlı Vishnu (Kollam sakini) tapdalanaraq həlak olub, mahout Pradeep ağır yaralanıb.

Fil təxminən 2 saat sonra sakitləşdirici ilə zərərsizləşdirilib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər