Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO
Rusiyanın Çelyabinsk şəhərində qadın fırıldaqçıların qurbanı olub.
TodayPress TV xəbər verir ki, məlumata görə, cinayətkarlar qadının etibarını qazanaraq ondan 400 min rubl (təxminən 4 800 avro) məbləğində pul alıblar.
Daha sonra ona evini yandıracağı təqdirdə yüksək sığorta ödənişi əldə edə biləcəyini deyiblər.
İddialara əsasən, qadın fırıldaqçıların təlimatlarına əməl edərək mənzilini yandırıb. Bildirilir ki, cinayətkarlar onun hər hərəkətini istiqamətləndiriblər. Hadisə zamanı qadının özü də mənzildə olub və az qala yanaraq həyatını itirəcəkmiş. O, son anda qaçaraq xilas ola bilib.
Məlumata görə, cinayətkarlar həm qadının pulunu ələ keçirib, həm evinin yandırılmasına səbəb olub, həm də onun həyatını təhlükəyə atıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şübhəli şəxslərin axtarışına başlanılıb.
Xanım Musayeva