Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır

Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır
28.07.2026 16:11 Dünya

Amerikalı iqtisadçı Robin Bruks Yunanıstanı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları zəiflətməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Bruks bununla bağlı paylaşımında Aİ daxilində sanksiyaların icrası ilə bağlı ciddi problemin olduğunu bildirib.

"Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını zəiflədir", – deyə o vurğulayıb.

Bruksun sözlərinə görə, mövcud vəziyyətin həlli yolları müzakirə oluna bilər. Lakin əsas problem Avropa İttifaqında qaydalara uyğun davranmayan üzv dövlətlərə qarşı effektiv sanksiya mexanizminin olmamasıdır.

İqtisadçı iddia edib ki, bu vəziyyət yalnız Yunanıstan kimi bir ölkənin Aİ-dən çıxarılması halında dəyişə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər