Avropa tərəfdaşları döyüş PUA-ları almağı planlaşdırır

Avropa tərəfdaşları döyüş PUA-ları almağı planlaşdırır
12.02.2026 23:00 Dünya

Almaniya Avropa üzrə NATO tərəfdaşları ilə birlikdə çox sayda döyüş pilotsuz uçuş aparatlarının (PUA) alınmasını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “ТАSS” məlumat yayıb.

Bildirilib ki, müvafiq niyyət bəyannaməsi Brüsseldə NATO müdafiə nazirlərinin görüşü çərçivəsində imzalanıb.

Alyansdakı mənbələrin məlumatına görə, bu PUA-ların uçuş məsafəsi ən azı 500 km olacaq. Qeyd edilib ki, bunlar düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Agentliyin məlumat verib ki, birgə satınalmada Almaniya ilə yanaşı Fransa, Böyük Britaniya, Polşa və İsveç də iştirak etməyi planlaşdırır. Layihə “ELSA” (European Long-range Strike Approach) çərçivəsində həyata keçiriləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər