Avropa aviaşirkətləri İranla əlaqələri bərpa edir
"Vyana ilə Tehran arasında birbaşa uçuşlar sabahdan bərpa ediləcək. Artıq Lufthansa kimi Avropa hava yolları İranla əlaqələri bərpa edir".
TodayPress TV "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu Tehranın İmam Xomeyni adına Hava Limanının nümayəndəsi Ramin Kaşefazar bildirib.
İran rəsmisi əlavə edib ki, Lufthansanın Tehran-Frankfurt marşrutu üzrə uçuşları yaxın iki ay ərzində bərpa olunacaq.