Arktikada temperatur rekord səviyyəyə çatdı
Dünya
17.12.2025 18:45
Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatına görə, Arktikada hava temperaturu 1900-cü ildən bəri aparılan müşahidələr tarixində ilk dəfə olaraq rekord həddə yüksəlib.
TodayPress TV xəbər verir ki, hava və suyun temperaturunun artması buzlaqların sürətlə əriməsinə səbəb olur və bu proses Arktika landşaftında ciddi dəyişikliklər yaradır.
Dəniz səviyyəsinin qalxması isə sürüşmə və sunami risklərini artırır.
Hesabatda qeyd olunur ki, buzlaqlardan ayrılan dəmir və digər maddələr Arktika sularını çirkləndirir. Bu da xüsusilə Çukçi və Berinq dənizlərində bəzi fauna növləri üçün təhlükə yaradır.
NOAA həmçinin vurğulayıb ki, son on il Arktika üçün elmi müşahidələr tarixində ən isti dövr kimi qeydə alınıb.
Türkan İsgəndərli
tag: Arktika,Buz,İqlim,Su,Todaypress.tv,
