Arizonada hərbi bazada atışma

Arizonada hərbi bazada atışma
20.12.2025 04:00 Dünya

ABŞ-nin Arizona ştatında yerləşən "Luke" Hərbi Hava Qüvvələri bazasında naməlum şəxs atəş açıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə bazanın rəsmi "Facebook" səhifəsində yayımlanan açıqlamada bildirilib.

"Luke" bazası atışma insidenti ilə bağlı məlumatlara görə tədbirlər görür. Şəxsi heyətə yerlərində qalmaq və sığınacaq tapmaq tapşırılıb", – bəyanatda qeyd olunub.

Hazırda mümkün qurbanlar və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər