Andryus: “Aİ oyanmalı və güclü hərbi gücə çevrilməlidir”

Andryus: “Aİ oyanmalı və güclü hərbi gücə çevrilməlidir”
10.02.2026 22:40 Dünya

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus Avropanı “yatan nəhəng” adlandıraraq, onun güclü müdafiə nəhənginə çevrilməsinin vacibliyini vurğulayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə, o Avropa Parlamentində çıxışı zamanı bildirib. 

Kubilyus qeyd edib ki, Avropa İttifaqı (Aİ) tarixən iqtisadi baxımdan nəhəngdir və müdafiə sahəsində də böyük potensiala malikdir. 

Onun sözlərinə görə, “nəhənglərin dünyasında” Aİ də həm iqtisadi, həm də hərbi baxımdan real güc nümayiş etdirməlidir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər