Amerika bütün silahları İrana atdı, anbarlar 10 ilə dolar
Dünya
24.04.2026 11:06
38 gün davam edən İran müharibəsi yalnız hərbi deyil, həm də ciddi maliyyə nəticələri ilə diqqət çəkir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, döyüşlər zamanı ABŞ böyük həcmdə yüksək texnologiyalı sursat ehtiyatlarını istifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə əsasən məlumat verib.
Qeyd edilib ki, münaqişə ərzində təxminən 1100 ədəd JASSM-ER tipli gizli qanadlı raket sərf olunub.
Bu raketlər əsasən uzun mənzilli və strateji hədəflər üçün nəzərdə tutulur. Hazırda isə qlobal inventarda bu tip raketlərin sayının təxminən 1500-ə düşdüyü bildirilir.
Bundan əlavə, hər biri təxminən 3,6 milyon dollar dəyərində olan 1000-dən çox “Tomahawk” raketindən istifadə edildiyi qeyd olunur. Müharibədən əvvəl ABŞ bu raketlərdən ildə təxminən 100 ədəd istehsal edirdi. Ekspertlərin fikrincə, mövcud istehsal tempi ilə bu ehtiyatların tam bərpası illər çəkə bilər.
Hava hücumundan müdafiə sahəsində də ciddi xərclər qeydə alınıb. Belə ki, hər biri təxminən 4 milyon dollar dəyərində olan 1200-dən çox “Patriot” tutucu raketi istifadə edilib. Bu sistemlərin illik istehsal gücü isə təxminən 600 ədəd səviyyəsində qiymətləndirilir.
Ümumi hesablamalara görə, müharibənin birbaşa sursat xərcləri 25–35 milyard dollar arasında dəyişir. Bu isə gündəlik orta hesabla təxminən 1 milyard dollar deməkdir. Qeyd olunur ki, yalnız ilk 48 saat ərzində istifadə edilən sursatın dəyəri 5,6 milyard dollar təşkil edib.
Analitiklər bildirirlər ki, bu rəqəmlər müasir müharibələrin təkcə döyüş meydanında deyil, həm də iqtisadi baxımdan nə qədər ağır yük yaratdığını açıq şəkildə göstərir.
Jalə Rövşən
tag: ABŞ ,Silah ,JASSM-ER, “Tomahawk”,Todaypress.tv,
Qərb kəşfiyyatı: Polşadakı PUA insidentinin səbəbi hələ də məlum deyil
19.09.2025
Qərb kəşfiyyatı Polşada PUA insidenti ilə bağlı yeni məlumat yayıb.TodayPress TV xəbər verir ki, CNN-in xəbərinə görə, i...
Orban: "Rusiya Aİ-yə hücum etməyəcək"
16.11.2025
"Rusiya Avropa İttifaqına üzv ölkələrin ərazisinə hücum etməyi planlaşdırmır".TodayPress TV xəbər verir ki, bunu Ma...
Yaşayış binasında partlayış: 47 nəfər xəsarət aldı
13.10.2025
Oktyabrın 13-nə keçən gecə Berlində yaşayış kompleksində güclü partlayış baş verib.TodayPress TV xəbər verir ki, bu barə...
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
13.11.2025
HƏMAS İsrailə daha bir girovun meyitini təhvil verəcəyini açıqlayıb.TodayPress TV xəbər verir ki, meyitin bu gün gecə sa...
Kamboca Tailandı zəhərli qaz püskürtməkdə ittiham etdi
15.12.2025
Dekabrın 15-də Tailand hərbçiləri dronlardan istifadə edərək Kamboca ərazisində yerləşən yaşayış məntəqələrinə zəhərli q...
Rutte Trampın Alyansdan duyduğu məyusluğu anladığını etiraf etdi
09.04.2026
NATO-nun Baş katibi Mark Rutte ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə əlaqədar Amerika lideri Donald Trampı...
Zelenski ərazi məsələlərini yalnız Putinlə müzakirə edəcək
23.08.2025
Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələlərini yalnız hazırkı cəbhə xətti əsasında və yalnız Rusiya Prezidenti...
Rubio: "Livan-İsrail əlaqələri "Hizbullah"ın təsirinə son qoymaq məqsədi daşıyır"
14.04.2026
ABŞ-nin rəhbərliyi ilə İsrail və Livan arasında təmaslar davamlı sülh və “Hizbullah”ın təsirinə son qoymaq barədə razıla...
İrlandiyanın yeni prezidenti seçildi
25.10.2025
Müstəqil namizəd Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində qalib gəlib.TodayPress TV xəbər verir ki,...
İranda qrip sürətlə yayılır - Ölən var
03.12.2025
İranda "H3N2" qripindən ilk ölüm hadisəsi baş verib.TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlu...
