Almaniyada orduya çağırışın bərpası müzakirə olunur
Dünya
04.11.2025 12:30
Almaniyada orduya çağırış sisteminin bərpası və ordunun şəxsi heyət çatışmazlığının aradan qaldırılması ilə bağlı müzakirələr güclənib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilib ki, son həftələr ölkədə hərbi kadr çatışmazlığını aradan qaldırmağın mümkün yolları geniş şəkildə müzakirə olunur.
Hökumət NATO-nun tələbinə uyğun olaraq 2035-ci ilə qədər ordudakı hərbçilərin sayını 260 minə çatdırmaq üçün əlavə 80 min nəfər cəlb etməyi planlaşdırır.
Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, 2026-cı ilin yanvarından etibarən Almaniyanın bütün 18 yaşlı vətəndaşlarına hərbi xidmətə hazır olub-olmadıqlarını göstərən anket göndəriləcək. Bu tədbir orduda könüllü xidmət edənlərin sayını hər ilki 10 mindən bir qədər artırmaq məqsədi daşıyır.
2027-ci ilin ortalarından etibarən isə bütün gənclərin ilkin seçim mərhələsindən keçməsi məcburi olacaq, lakin xidmətin özü könüllü qalacaq.
Aysel Mətləb
tag: Boris Pistorius,Almaniya,Hərbi,Xidmət,Todaypress.tv,
