Almaniyada iqtisadi artım proqnozu sıfıra endirildi

Almaniyada iqtisadi artım proqnozu sıfıra endirildi
21.05.2025 17:10 Dünya

Almaniyanın aparıcı iqtisadi ekspertləri 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,4 faizdən sıfıra endiriblər.

TodayPress TV xəbər verir ki, Bu barədə Almaniya İqtisadi Mütəxəssislər Şurasının təqdim etdiyi hesabatda bildirilib.

Vurğulanıb ki, Almaniya iqtisadiyyatı artıq uzun müddətdir zəiflik mərhələsindədir. İki il ardıcıl resessiyaya məruz qalan ölkənin iqtisadiyyatı hələ də bərpa olunmayıb. Bürokratik əngəllər, ləng təsdiqləmə prosedurları və struktur dəyişikliklərinin sürətlənməsi hazırda güclü hesab olunan sektor və regionlarda belə iqtisadi zəifliyə səbəb olur.

Mütəxəssislər əlavə edirlər ki, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti qlobal iqtisadi artım üçün əlavə risk yaradır. Bununla belə, Almaniyada yeni formalaşmış hökumətin təqdim etdiyi maliyyə paketi infrastrukturun modernləşdirilməsi və gələcəkdə daha yüksək artım templərinin təmin olunması üçün mühüm fürsət kimi dəyərləndirilir.

İqtisadi Şuranın sədri Monika Şnitser deyib ki, yaxın gələcəkdə Almaniya iqtisadiyyatına əsas təsir göstərən iki amil olacaq. Bunlar ABŞ-nin ticarət siyasəti və Almaniyanın maliyyə paketidir.

Şnitser əlavə edib ki, ABŞ-nin gömrük tariflərinə dair siyasəti Almaniyanın onsuz da zəifləyən ixrac sektoruna əlavə təzyiqlər yaradır. Tariflərin kəskin və proqnozlaşdırılmaz şəkildə artması Almaniyanın ixrac göstəricilərində daha da geriləməyə səbəb ola bilər.

Hesabatda qeyd edilir ki, 2026-cı ildən etibarən Almaniya hökumətinin təqdim etdiyi maliyyə paketi inşaat, avadanlıq və dövlət xərclərində investisiyaların artmasına təkan verəcək. Eyni zamanda, inflyasiyaya uyğunlaşdırılmış real gəlirlərin artması fonunda özəl istehlakın da 2025-ci illə müqayisədə bir qədər sürətlənəcəyi gözlənilir.

İqtisadi Mütəxəssislər Şurasının bu proqnoz dəyişikliyi Almaniya hökumətinin 2025-ci il üçün iqtisadi artımı sıfıra endirdiyi aprel ayındakı açıqlamasını təsdiqləyir. Həm hökumət, həm də Şura 2026-cı ildə 1 faizlik artım gözləyir.

Qeyd edək ki, bir vaxtlar Avropa iqtisadiyyatının lokomotivi hesab olunan Almaniya son iki ildə resessiya, inflyasiya, yüksək enerji qiymətləri və azalan ixracla üz-üzə qalıb. Bütün bu amillər Almaniya biznesini ciddi şəkildə zəiflədib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
“Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 Bütün Xəbərlər