Almaniyada 200 min iş yeri təhlükə altındadır

Almaniyada 200 min iş yeri təhlükə altındadır
02.11.2025 09:52 Dünya

Almaniyanın avtomobil sənayesində 200 minədək iş yerinin ixtisara düşməsi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, kütləvi ixtisarlar “Mercedes-Benz” və “Volkswagen” konsernlərinin zəif rüblük göstəriciləri fonunda baş verə bilər.

İqtisadi çətinliklərə əsas səbəblər kimi ABŞ tərəfindən tətbiq edilən idxal rüsumlarının mənfi təsiri, ABŞ, Avropa İttifaqı və Çin kimi əsas bazarlarda avtomobillərə tələbatın azalması, eləcə də istehsal proseslərinin səmərəliliyinin artırılması ilə bağlı artan xərclər göstərilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər