Almaniya Rusiya ilə birbaşa danışıqlara qarşıdır
Dünya
03.02.2026 23:00
Almaniya hökuməti Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqların bir hissəsi olaraq Rusiya Prezidenti Vladimir Putinlə diplomatik münasibətlərin bərpasına yenidən qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Euronews”a verdiyi müsahibədə məlumat verib:
"Biz Rusiya ilə Ukrayna arasında ən yüksək səviyyədə birbaşa danışıqları dəstəkləyirik, çünki Ukraynanın iştirakı olmadan ədalətli və davamlı sülh ola bilməz. Lakin təəssüf ki, Rusiyanın mövqeyində hələlik heç bir dəyişiklik görməmişik. Rusiya maksimalist tələblərini təkrarlamağa davam edir və danışıqlara real hazırlıq göstərmir, eyni zamanda Ukraynanın enerji infrastrukturuna və digər mülki hədəflərə qarşı hücumlarını davam etdirir".
Aysel Mətləb
tag: Almaniya,Rusiya,Ukrayna,Danışıq,Todaypress.tv,
