Almaniya Litvada tank briqadası yerləşdirəcək

Almaniya Litvada tank briqadası yerləşdirəcək
22.05.2025 09:40 Dünya

Almaniya Litvada daimi tank briqadası yerləşdirməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, buna səbəb Rusiyanın qarşısını almaqdır.

Briqada 2027-ci ilin sonuna qədər tam formalaşdırılacaq və 5000-ə qədər hərbçi olacaq. Bu, Almaniyanın İkinci Dünya Müharibəsindən sonra xaricdə yerləşdirəcəyi ilk daimi tank briqadası sayılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər