Almaniya donanması lazer silahını sınaqdan keçirdi
Almaniya Hərbi Dəniz Qüvvələri dronları və qabaqcıl raketləri məhv edə bilən yeni lazer silahını sınaqdan keçirir.
TodayPress TV “National Interest” nəşrinə istinadən xəbər verir ki, “Rheinmetall” və MBDA şirkətləri Alman donanması ilə birgə bu sistemi hazırlayır.
Yeni silah “Sachsen” freqatında test edilir və hərbçilər artıq 100-dən çox sınaq atəşi həyata keçiriblər.
Qeyd olunur ki, bir illik sınaq dövründən sonra Almaniya lazer silahını əldə etməyə daha yaxın olduğunu bildirir.
Jalə Rövşən